Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Daşkəsən qızılı İsveçrəyə göndəriləcək - MÜQAVİLƏ İMZALANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daşkəsən qızılı İsveçrəyə göndəriləcək - MÜQAVİLƏ İMZALANDI

“AzerGold” QSC Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl emalı kompleksində hasil olunan qızıl-gümüş xəlitələrin saflaşdırılması, xalis qızıl və gümüşün alınması üçün İsveçrəyə göndərəcək.

 

“Marja” xəbər verir ki, cəmiyyət bu ölkənin nüfuzlu affinaj “Argor-Heraeus” şirkətilə müqavilə imzalayıb.

 

Hazırda “AzerGold” QSC ixraca hazırlıq işləri görür.

 

“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən təsis edilmişdir.

 

Cəmiyyətin əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

 

"Çovdar" filiz sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən məxsusi və kompleks qızıl saxlayan perspektivli sahədir. Sahədə "Çovdar" qızıl yatağı daxil 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.

 

"Çovdar" yatağı eyni adlı kəndin yaxınlığında yerləşir. Yataq 1998-ci ildə aşkarlanıb, 2005-ci ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ilkin qiymətləndirilib.

 

Yatağın sulfid filizləri oksid filizlərin altında yataraq ümumi filiz ehtiyatlarının 75.0 %-ni təşkil edir. Yatağın mərkəzi hissəsində hesablanmış filiz ehtiyatlarının həcmi 15-20 mln. ton təşkil edir, bunun 2.5 q/t qızıl, 7-8q/t gümüş, 0,15% isə mis payına düşür.

19.04.2017 05:58
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ